Sumqayıt Tibb Mərkəzi tərəfindən Corat qəsəbəsində səyyar tibbi aksiya təşkil olunub
17.07.2022 10:10

Sumqayıt Tibb Mərkəzinin (STM) "İcbari tibbi sığorta ilə sağlam yaşa!" şüarı ilə həyata keçirdiyi səyyar tibbi aksiyanın növbəti ünvanı Corat qəsəbəsi olub.

 

Aztibb.az-ın xəbərinə görə, aksiya çərçivəsində Corat qəsəbəsində yaşayan 65 yaş və yuxarı yaş qruplarından olan 50-yə yaxın pasiyentin müayinəsi həyata keçirilib.

 

Aksiya zamanı terapevt, oftalmoloq, kardioloq, LOR və USM həkimi pasiyentləri müayinə edib.

 

Sağlamlıqlarında problemlər müşahidə olunanlara tövsiyələr verilib, tibbi göstərişlərə əsasən STM-in tabeliyində olan tibb müəssisələrində xidmətin verilməsi təmin olunacaq.

 

Aksiyada iştirak edən Corat qəsəbəsi sakinləri Sumqayıt Tibb Mərkəzinin bu addımını yüksək qiymətləndirib, məmnunluqlarını ifadə ediblər.

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, tibbi aksiya iyulun 19-da "Stansiya Sumqayıt" yaşayış massivində yekunlaşacaq.

 

Məlumat üçün bildirək ki, aksiya çərçivəsində ümumilikdə 150 nəfər 65 yaş və yuxarı pasiyent müayinədən keçirilir.

Tibbi aksiyanın keçirilməsində əsas məqsəd şəhərdən kənarda yerləşən yaşayış məntəqələrində yaşayan ahıl insanların tibbi xidmətə əlçatanlığını təmin etmək, icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı onlar arasında maarifləndirmə işləri aparmaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib