Qida Təhlükəsizliyi İnstitutu baytar həkimləri Bakıda və bölgələrdə işə dəvət edir
16.07.2022 21:05

Qida Təhlükəsizliyi İnstitutu baytar həkimləri Bakı və bölgələrdə işə dəvət edir. Namizədlərdən müvafiq sahə üzrə ali təhsil və ixtisası üzrə iş təcrübəsi tələb olunur.

 

İnstitutdan verilən məlumata görə, namizədlər baytarlıq sahəsində qanunvericiliyi, heyvan mənşəli xammal və məhsulların baytarlıq-sanitariya ekspertizasının aparılması qaydalarını bilməli, müvafiq inzibati ərazi vahidinin iqtisadi potensialı haqqında məlumata sahib olmalıdırlar.

 

Namizədlər üçün yaş həddi 45 yaşa qədərdir.
İşə qəbul vaxtı magistratura təhsili olan namizədlərə üstünlük veriləcək. Üstünlüklərdən biri də əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunmaqdır.

 

İşə qəbul müsahibə əsasında aparılacaq. Namizədlər CV-lərini mövzu yerinə “Baytar həkim” yazaraq hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərə bilərlər.
Göstərilən tələblərə cavab verən namizədlərin CV-ləri təhlil ediləndən sonra müsahibəyə dəvət olunacaqlar.
Əlaqə nömrəsi: (+994 12) 377-00-20 (daxili: 530).

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib