Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Gədəbəydə şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib
16.07.2022 20:30

İyul ayının 16-sında akad. C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirilib.


Bu barədə Aztibb.az-a İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

 

Bildirilib ki, aksiya zamanı Gədəbəy rayonunda yaşayan, qeyd edilən həssas kateqoriyalardan olan 100-dən çox vətəndaş kardioloji, endokrinoloji və nevroloji müayinələrdən keçib. Onlara EKQ, ExoKQ aparılıb.


Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicə təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriliblər.


Həmçinin tədbir çərçivəsində Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının həkimləri ilə elmi disskusiyalar aparılıb, perspektivlər müzakirə edilib.


Qeyd edək ki, tədbir "World Medicine" farmaseptik şirkətinin təşkilatçılığı ilə baş tutub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib