ÜST: Afrikada heyvandan insana keçən xəstəliklərin sayı artır
15.07.2022 15:31

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, son onillikdə Afrikada heyvanlardan insanlara keçən xəstəliklərin sayı əvvəlki on illik dövrlə müqayisədə 63 faiz artıb.

 

ÜST-nin Afrika üzrə regional direktoru Matşidiso Moeti deyib: “İnsanlarda infeksion xəstəliklərin 75 faizdən çoxu vəhşi heyvanlarla və ya ev heyvanları ilə təmas nəticəsində baş verir. Bu səbəbdən dünyada hər il 1 milyarda yaxın insan xəstələnir, milyonlarla insan ölür”.

 

ÜST-nin məlumatına görə, 2001-ci ildən bəri Afrika regionunda ictimai səhiyyə sahəsində qeydə alınmış 1843 fövqəladə vəziyyətin 30 faizi heyvanlardan insanlara keçən xəstəliklərlə bağlı olub.
Son 20 il ərzində belə hadisələrin sayı artıb, 2019-2020-ci illərdə isə bu artım daha güclü olub. Qeydə alınmış hadisələrin təqribən 70 faizi ebola, meymunçiçəyi, Denge qızdırması, Sibir xorası, taun və zədələnmiş damarlardan qanaxmaya səbəb olan başqa xəstəliklər olub.

 

Bu il aprel ayından etibarən meymunçiçəyi xəstəliyinə tutulma hallarının müəyyən qədər artması müşahidə olunsa da, bu sahədə statistik rəqəmlər hələ 2020-ci ilin səviyyəsindən aşağıdır. O vaxt Afrika regionunda xəstəliyin ən yüksək aylıq səviyyəsi qeydə alınıb.
2021-ci ildə xəstələnmə hallarının sayı kəskin şəkildə azalandan sonra meymunçiçəyinə yoluxma hallarını təsdiqləyən 203 hadisə qeydə alınıb. Bu zoonoz xəstəlik bütün dünyada yayılıb, lakin heç bir regionda epidemiya həddinə çatmayıb. Bu il Afrikada meymunçiçəyi xəstəliyi ilə bağlı 175 fakt onu göstərir ki, pasiyentlərin yarıdan çoxu kişi cinsinə mənsub olan 17 yaşlı adamlardır.

 

COVID-19 xəstəliyinə gəldikdə isə, ÜST-nin Afrika üzrə regional direktorunun sözlərinə görə, keçən həftə qitədə bu virusa tutulma hallarının sayı bir qədər azalıb. Şimali Afrikada dalbadal səkkiz həftədir ki, yeni xəstələnmə hallarının sayı sürətlə artır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır