Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda müalicə alan hamilə qadın əkiz körpələrinə qovuşub
14.07.2022 20:00

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yönləndirilən hamilə qadın əkiz körpələrinə qovuşub.

 

Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, ilk hamiləliyində 28 həftəlik doğulan körpəsini itirən qadın TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin koordinatoru və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Hicran Kazımovanın xüsusi nəzarəti altında olub.

 

Hamilə qadın 9 ay müddətində həkim nəzarətində olduqdan sonra, institutun birinci Mamalıq şöbəsinin müdiri Kəmalə Heydərova tərəfindən icbari tibbi sığorta çərçivəsində icra olunan qeysəriyyə kəsiyi əməliyyatı ilə əkiz qız övladlarını sağlam dünyaya gətirib.

 

Çəkiləri 2 kilo 330 və 2 kilo 200 qram olan əkiz körpələr Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiyası şöbəsinin həkim-neonatoloqları və tibbi heyəti tərəfindən lazımi bütün müayinə və müalicələrlə təmin ediliblər. Zahı qadın da 12 gün müddətində Zahılıq şöbəsində nəzarətdə olub, lazımi bütün tibbi xidmətlərlə təmin olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib