Könüllü gömrükçülər Mərkəzi Gömrük Hospitalında fəaliyyətə başlayıb
13.07.2022 13:14

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan 7-ci “Könüllü gömrükçü” dəstəsinin 8 üzvü 3 ay müddətində 2022-ci ilin iyul-oktyabr aylarında Mərkəzi Gömrük Hospitalında müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək. Bununla əlaqədar olaraq 13 iyul 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında çalışacaq könüllü gömrükçü dəstəsinin üzvləri ilə görüş keçirilib. Görüşdə Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədova, Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev, Azərbaycan Respubikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin rəisi Minurə Ağayeva və könüllü gömrükçülər iştirak ediblər.

 

Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov könüllü gömrükçüləri salamlayaraq, onlara Hospitalın fəaliyyəti və iş prinsipləri haqqında ətraflı məlumat verib, yeni üzvlərin bilik və bacarıqlarının artırılması, potensialının üzə çıxarılması istiqamətində bütün zəruri addımların atılacağını və lazımi dəstəyin göstəriləcəyini bildirib. Gömrük sistemində könüllülük hərəkatının yaradılması gənclərin potensialından daha da səmərəli istifadə etməyə, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına, onlara peşə vərdişlərinin aşılanması və təcrübi biliklərinin artırılmasına şərait yaradır.

 

Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrində könüllü gömrükçü kimi fəaliyyət göstərəcək Jalə Məmmədova, Nigar Əkbərova, Jalə Nurulu, Aytac İsmayılova, Aysel İsayeva, Aysel Nuriyeva, Zəhra Mirzəyeva və Fatimə Muradovanı bu münasibətlə təbrik edirik, onlara fəaliyyətlərində nailiyyətlər arzulayırıq!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub