Günvurma zamanı ilkin tibbi yardım necə olmalıdır? - TƏBİB AÇIQLADI
12.07.2022 11:19
Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 nəfər müraciət edib.
Onlardan 13 nəfəri hospitalizasiya edilib, 3 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 13-ü böyük, 3-ü uşaq olub.
Günvurma zamanı ilkin tibbi yardım necə olmalıdır?
Aztibb.az xəbər verir ki, günvurma zamanı ilkin tibbi yardım olaraq zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır.
Zərərçəkənə soyuq su verilməli, üzü və sinəsi soyuq su ilə silinməlidir. Daha sonra başının, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompres etmək lazımdır.
İlkin tibbi yardımdan sonra dərhal təcili tibbi yardım çağırmaq və ya zərərçəkəni yaxınlıqda olan tibb müəssisəsinə çatdırmaq vacibdir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata əsasən, Bakıda və Abşeron yarımadasında iyulun 11-dən 15-dək havanın maksimal temperaturunun 33-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir.
Azərbaycanın rayonlarında isə iyulun 11-dən 15-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 34-39°, bəzi yerlərdə 42°, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

