Sərhəddən külli miqdarda dərman keçirmək istədilər
18.09.2020 12:55

Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 1-ci anbarında İrandan ayrı-ayrı şəxslərə məxsus yüklər daşıyan 44BF294/44ZA002 nömrə nişanlı yük avtomobilinə Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları tərəfindən rentgen qurğusu tətbiq edilməklə gömrük yoxlanılması aparılıb. 


Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı rentgen qurğusunun monitorunda şübhəli cizgilər əməkdaşların diqqətini cəlb edib, buna görə kosmetik vasitələr kimi bəyan olunan malların hər birinə ayrı-ayrılıqda fiziki yoxlama aparılması qərara alınıb. Baxış zamanı avtomobilin yarımqoşqusunda daşınan kosmetik vasitə yüklərinin arasında malların aşkar edilməsinin çətinləşdirən üsullardan istifadə etməklə gizlədilmiş müxtəlif adda 1307 qutu maz-kremlər, 420 qutu dərman vasitələri, 769 ədəd stomatoloji ləvazimatlar aşkar edilib.

 

Hazırda faktla bağlı Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmaqla qeyd olunan dərman vasitələri və stomatoloji ləvazimatlardan ibarət malların Azərbaycan gömrük ərazisinə qanunsuz yollarla gətirilməsini təşkil edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib