Ankarada müalicə alan qazimiz və digər hərbi qulluqçular Qurban bayramı münasibətilə ziyarət olunublar
10.07.2022 20:09

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Silahlı Qüvvələrin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, səfirliyin və Hərbi attaşelik aparatının əməkdaşları Ankara şəhərində yerləşən Gülhanə Tədris və Araşdırma Xəstəxanasında və Qazilər Fiziki Reabilitasiya Xəstəxanasında müalicə alan qazimizi, eləcə də digər hərbi qulluqçularımızı və onların ailə üzvlərini müqəddəs Qurban bayramı münasibətilə ziyarət ediblər.

 

Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Vətən müharibəsi iştirakçılarına, eləcə də qazilərin müalicəsinə göstərdikləri xüsusi diqqət və qayğıdan danışılıb. Qazimiz, hərbi qulluqçular və onların ailə üzvləri göstərilən diqqət və qayğıya, doğma münasibətə görə minnətdarlıqlarını ifadə ediblər.

 

Vurğulanıb ki, Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirmiş qazilərimiz və müxtəlif xəstəliklər səbəbindən müalicə alan hərbi qulluqçular daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, digər məsələlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib