Azərbaycanda tibb bacısı bıçaqlanıb
09.07.2022 09:47

Ağdamda oğul anasını bıçaqlayıb.

 

Aztibb.az xəbər verir ki, hadisə rayonun Çəmənli kəndində qeydə alınıb.

 

Gəncə Dövlət Universitetinin ikinci kurs tələbəsi, 2000-ci il təvəllüdlü Eltun Kərimov qısqanclıq zəminində Ağdam rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən anası, 1977-ci il təvəllüdlü Elnurə Kərimovanı bıçaqlayıb.

 

Yaralı rayon xəstəxanasına çatdırılıb.

 

Eltun Kərimov polis tərəfindən saxlanılıb, cinayət işi başlanılıb.