Körpə ilə səyahət etmək olarmı? - Diqqət edilməli olan məqamlar
08.07.2022 18:41

Pediatrlara ən çox ünvanlanan suallardan biri də uşaq, xüsusilə 40 günlük körpələrlə səyahətə çıxmaqla bağlıdır. Bu nüans bir çox valideynləri narahat edir. Bəs yenidoğulmuş ilə uzaq yola çıxarkən nələrə diqqət edilməlidir?

 

Aztibb.az xəbər verir ki, həkim-pediatr Günay Rəsulova yenidoğulmuş körpə ilə səyahətə çıxmaq istəyən valideynlərə mühüm tövsiyələr verib. Həkim bildiirb ki, əlbəttə ki, körpə ilə səyahətə çıxmaq mümkündür. Lakin bu zaman bir neçə məqama ciddi diqqət yetirilməlidir:

 

"Birinci növbədə, ictimai nəqaliyyatdan istifadə edilməməlidir. İkincisi, şəxsi avtomobildə belə, kondisionerin isitməsi və ya soyutmasını düzgün tənzimləmək lazımdır. Üçüncüsü, gedilən məkanlarda körpəni tünlük olan yerlərdən, insanlarla təmasdan uzaq tutmaq lazımdır. Bu, xəstəlik və infeksiyalaşma riskini artırır. Dördüncüsü isə, səyahətə çıxarkən körpə üçün lazım olan bütün ləvazimatları aparmaq lazımdır. Buraya, termometr, qızdırmasalıcı dərman, allergiya əlaeyhinə preparat, qarın ağrısı və ya qusma əleyhinə vasitələr, ağrıkəsici, qəbzlik əlayehinə şam, bint və s. aiddir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev