Zəli və hicama müalicələri kimyəvi dərman preparatlarından dəfələrlə ucuz başa gəlir - Fizuli Hüseynov 
08.07.2022 10:23

Zəli və hicama müalicələri xroniki xəstəliklərin bir çoxunda uğurla tətbiq edilir və günümüzdəki dərman müalicələri ilə nəinki rəqabət aparır, hətta dərman müalicələrindən qat-qat müsbət təsir göstərməkdədir.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.

 

Həkimin sözlərinə görə, bu üsullar xroniki xəstəliklərin müalicəsində kimyəvi dərman preparatlarından dəfələrlə ucuz başa gəlir.

 

"Günümüzün reallığı budur ki, inkişaf etmiş və inkişafda olan dövlətlərin səhiyyə nazirlikləri böyük dərman firmalarının təsirləri altındadırlar, bu firmaların o qədər büdcələri var ki və dərman istehsalına o qədər qadağalar qoyublar ki, aparıcı dərmanların 90 faizi bu firmaların nəzarətlərindədir. Bu firmalar həkimlərlə daima müxtəlif konfranslarda görüşlər təşkil edərək dərmanlarını tanıdır, bu dərmanlar dövlətlərin səhiyyə nazirliyinin protokollarına salınır və beləcə büdcələrini daima artırırlar", - deyə F.Hüseynov bildirib.

 

Həkim əlavə edib ki, Azərbaycanın da milli müalicə konsepsiyası olmalıdır: "Bizlər bu üsullarını yaşatmaqla bərabər həmdə inkişaf etdirməliyik. Hindistanda, Çində, Tayvanda, Rusiyada belə bir konsepsiyalar var və inkişaf etdirilir. Ölümlərini gözləyən yüzlərlə xərçəng xəstələri gözlərini Qərb dövlətlərinə dikiblər, amma ölkəmizdə bol antioksidantlı dərman bitkilərimizi tanıyan yoxdur. Onkologiya mərkəzlərində xəstələrə heç bir dərman bitkiləri təyin olunmur. Əslində mən o həkimləri qınamıram. Çünki bitki haqqında məlumatlı deyilər. Yaxşı olardı ki, kimyəvi sistemlərdən sonra dərman bitkilərindən ibarət kompleks müalicə proseduru da təyin olunsun. Ən azından, bu bitkilərin tərkibindəki antioksidantlar elm tərəfindən sübut olunub. Elmə məlumdur ki, bol antioksidant bol Günəş və zəngin minerallı torpaq örtüyü olan ərazilərdə daha çox olur".

 

Sonda F.Hüseynov təklif edib ki, milli bir konsepsiya hazırlanması ilə iş adamları öz hesablarına bu konsepsiyalara əsaslanaraq müxtəlif qidalanma mərkəzləri, sanatoriyalar, hicama, zəli, arı sancma mərkəzlərini bir arada toplayaraq müalicəvi bədən tərbiyəvi mərkəzlər aça bilərlər: "Bu kimi mərkəzləri açmaqla həm dövlətimizi dünya səviyyəsində daha yaxşı tanıda bilərik, həm də bol turist axınına səbəb ola bilərik".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev