TƏBİB işə qəbul üçün vakansiya elan edir
09.07.2022 21:58

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Tibbi təminat və koordinasiya departamentinin Biomedikal şöbəsinə koordinator vəzifəsi üzrə vakansiya elan edir.

 

TƏBİB üçün uyğun namizəd:

• Ali təhsil (Biotibbi texnologiya mühəndisliyi, Sənayenin təşkili və idarə olunması, Kompyuter sistemləri və proqramlaşdırma sahəsi üzrə);
• İxtisası üzrə ən azı 8 il iş təcrübəsi;
• Qanunvericilik üzrə biliklər - 28 oktyabr 1999-cu il tarixli 725-IQ nömrəli “Tibbi sığorta haqqında” Qanun və TƏBİB-in nizamnaməsi;
• Dil bilikləri (azərbaycan dili sərbəst, türk dili yaxşı, rus dili yaxşı və ingilis dili yaxşı);
• Kompyuter bilikləri - Microsoft Word – sərbəst, Microsoft Excel – sərbəst, Microsoft Powerpoint – sərbəst, Microsoft Outlook – sərbəst;
• Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər - profil üzrə geniş nəzəri və praktik biliyə sahib olması, dəqiqlik, problemi təhlil etmə bacarığı, təşəbbüskarlıq, analitik düşüncə və komanda işi;
•Tələb olunan sertifikatlar - Tibbi cihaz və avadanlıq üzrə təkmilləşmə (təlim) sertifikatı.

 

Vəzifə öhdəlikləri:

• Tibbi cihaz və avadanlıqların məlumat bazasının yaradılması, idarə edilməsi və yenilənməsinə nəzarət;
• Tibbi müəssisələrdəki tibbi avadanlıqların nasazlıqlarının, eləcə də tibbi cihaz və avadanlıq ehtiyaclarının toplanması, onların texniki xüsusiyyətlərinin çıxarılması, hesabatların çıxarılması;
•Cihaz və avadanlıqların dövrü texniki baxımlarının keçirilməsi və təşkili, nasazlıqların qarşısının alınması məqsədi ilə profilaktik texniki işlərin həyata keçirilməsi üçün planın hazırlanması;
•Tibb müəssisələrində işçi personalın peşəkarlıq səviyyələrinin yüksəldilməsi məqsədilə tibbi cihazların istismar, texniki təhlükəsizlik qaydalarına aid təlimlərin keçirilməsinin təşkili;
•Tibb müəssisələrində tibbi cihazlarda yaranan nasazlıqlara dair ehtiyat hissələrinin sifarişi və təqib edilməsinə nəzarət;
• Müqavilə əsasında fəaliyyət göstərən şirkətlərlə birgə işin koordinasiyası və işə nəzarətin həyata keçirilməsi;
• Tibbi cihazların təmiri, cihazların yerdəyişmələrinin təşkili, yeni istifadəyə verilən cihazların quraşdırılması, istismar müddətini bitirmiş və ya nasaz cihazların diaqnostikası, qüsur aktlarının çıxarılması, istismara yararsız avadanlığın istismardan çıxarılmasının təşkili;
•Şöbənin aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatların hazırlanması.

 

Əlavə məlumatlar:

• İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.

 

Müraciət qaydası:

• Vakansiyaya son müraciət tarixi: 25.07.2022-ci il;
• CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun (https://bit.ly/3NEBXCG) CV-lərini mövzu yerinə “Tibbi təminat və koordinasiya departamentinin Biomedikal şöbəsinə koordinator” yazaraq göndərmələri xahiş olunur.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib