Səhiyyə Nazirliyinin nümayəndələri Berlində keçirilən beynəlxalq təlimdə təqdimatlarla çıxış edib
07.07.2022 15:10

Almaniyanın paytaxtı Berlin şəhərində beynəlxalq BOCO-19 tədqiqat layihəsi çərçivəsində “Xəstəliklərin yükünün təhlili” mövzusunda təlim kursu təşkil olunub.

 

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Nabil Seyidov və İnformasiya və Statistika İdarəsinin rəisi Şahin Xasiyev keçirilən təlimdə iştirak ediblər. COVID-19 və ürək-damar xəstəliklərinin yükünün təhlilinə həsr olunmuş təlimdə nümayəndə heyəti tərəfindən təqdimatlar edilib və təhlillər aparılıb.

 

BOCO-19 layihəsi Almaniyanın Robert Kox İnstitutunun rəhbərliyi ilə Almaniya, Azərbaycan, Serbiya, Monteneqro, Gürcüstan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan respublikalarının ictimai səhiyyə və səhiyyə statistikası sahəsində çalışan dövlət qurumları və ali təhsil müəssisələrinin iştirakı ilə həyata keçirilir. Almaniya Xarici İşlər Nazirliyi və Robert Kox İnstitutunun dəstəyi ilə icra olunan layihənin əsas məqsədi ictimai səhiyyə və səhiyyə statistikası sahəsində mütəxəssislərin bilik və bacarıqlarının genişləndirilməsi, ölkələr arasında əməkdaşlığın və şəbəkələşmənin gücləndirilməsidir. İSİM 2021-ci ildən bu layihədə rəsmi tərəfdaş kimi iştirak edir. İndiyədək İSİM-in 2 nümayəndəsi Serbiyada, 4 nümayəndəsi Tbilisidə və 1 nümayəndəsi Berlində keçirilən təlimlərdə iştirak edib.

 

Layihə çərçivəsində Robert Kox İnstitutu ilə İSİM arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə əsasında İSİM-in nümayəndələrinin həmin institutun bazasında təlim-tədris prosesində iştirakı, institutun mütəxəssislərinin İSİM ilə birgə çalışmalar aparması və müvafiq təklif və tövsiyələrin birgə hazırlanmasına imkan yaradılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib