ÜST meymunçiçəyi ilə bağlı hamilə qadınlara XƏBƏRDARLIQ edib
07.07.2022 15:12

Meymunçiçəyi virusu kabusunun sürətlə yayıldığı bir zamanda Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) xüsusilə hamilə qadınlarla bağlı əhəmiyyətli xəbərdarlıq gəlib. ÜST-ün açıqlamasında indiyə qədər dörd hamilə qadının xəstəliyə tutulduğu ilə bağlı məlumat verilir, eyni zamanda onların qripə bənzər əlamətlər göstərən şəxslərdən uzaq durmaları tövsiyə olunur.

 

Aztibb.az xəbər verir ki, Türkiyədə meymunçiçəyi virusu aşkar edildikdən sonra hamilə qadınlarda xəstəliyin necə irəlilədiyi maraqla qarşılanmağa başlayıb. Meymunçiçəyi virusu 50 ildən artıqdır məlum olan xəstəlik olsa da, son vaxtlar Afrikadan kənarda da müşahidə olunması ilə gündəmə gəlib.

 

2022-ci ilin may ayında Londonda aşkarlandıqdan sonra qısa müddətdə 50-dən çox ölkədə təxminən 3500 insana yoluxub və bir nəfər dünyasını dəyişib. Bu isə bütün dünyada yeni bir pandemiyanın başlana biləcəyinə dair narahatlıqlar yaradıb. ÜST bununla bağlı yüksək risk qrupunda olanlar barədə xəbərdarlıq edib ki, bu risk qrupuna həm də hamilələr daxildir.

 

Xəstəliyin əvvəlcə qripə bənzər əlamətlərlə özünü büruzə verdiyini deyən qadın xəstəlikləri və doğum üzrə mütəxəssis, prof. Faruk Buyru xəstəliyin əvvəlcə qızdırma, bel və əzələ ağrısı ilə özünü göstərdiyini qeyd edib.

 

“Xəstəlik daha sonra limfa düyünlərinin şişməsi, qaşınma və səpkilərin ortaya çıxması ilə davam edir. Xəstəlik iki-dörd həftə davam edir. İmmunitet sistemi ilə bağlı problemləri olanlar daha ağır keçirə bilirlər. Koronavirus kimi yoluxucu olmasa da, bəzi hallarda ölümcül ola bilər. Bu, təmas, bədəndən ifraz olunan maye, damcı və ya xəstə insanın istifadə etdiyi əşyalar, dəsmallar və s. ilə təmas yolu ilə ötürülə bilər. Xəstə heyvanlardan insanlara da keçmə ehtimalı var. İnsandan heyvana isə keçmir”, - deyə o bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır