Yaddaş və xatirələrin itirilməsi halı - AMNEZİYA
06.07.2022 14:40
Amneziya yaddaş və xatirələrin itirilməsi halıdır.
 
Aztibb.az xəbər verir ki, amneziya müxtəlif formalarda müşahidə edilir.
 
Tam amneziya - yaddaş və xatirələrin tam itirilməsi halıdır.
 
Hissəvi amneziyada yaddaş tam itirilmir və bulanıq obrazlar, hadisələrin kiçik hissələri saxlanılır, lakin baş verən hadisələrin fəza-zaman ölçüsü unudulur.
 
Retroqrad amneziya – xəstəlikdən və ya travmadan əvvəlki xatirələrin unudulması ilə xarakterizə olunur.
 
Anteqrad amneziyada huşsuz vəziyyətdən ayılandan sonra hadisələrin yaddan çıxması baş verir.
 
Retard amneziyada xatirələr huşun itirilməsindən dərhal sonra deyil, müəyyən zaman keçəndən sonra itirilir.
 
Retroanteqrad forma isə bunların kombinasiyası şəklində təzahür edir.
 
İnsult, kəllə-beyin travması, herpetik ensefalit, intoksikasiyalar, metabolik ensefalopatiyalar, baş beynin degenerativ xəstəlikləri, şişləri, psixi xəstəliklər, epilepsiya və emosional şok amneziyaya səbəb ola bilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev