Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda şəhid həkim Turqut Xəlilbəylinin xatirəsi anılıb
04.07.2022 17:40

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda Vətən müharibəsi iştirakçısı olmuş şəhid həkim, tibb xidməti leytenantı Turqut Xəlilbəylinin doğum gününə həsr olunmuş tədbir keçirilib.

 

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Tədbiri giriş sözü ilə institutun direktoru, professor Cəmilə Qurbanova açaraq şəhid-həkim Turqut Xəlilbəylinin timsalında Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərərək öz adlarını tariximizə yazan tibb işçilərini anmağın hamımız üçün qürurverici olduğunu vurğulayıb. O, Vətən müharibəsi şəhidi Surxay Noçuyev və I Qarabağ müharibəsi şəhidi Hidayət Mirzəyevin ailə üzvlərinin neçə illərdir institutda çalışdığını diqqətə çatdırıb. 

 

Daha sonra TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin koordinatoru Hicran Kazımova 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızın qəhrəmanlıqlarından danışıb, şəhid adının müqəddəsliyini qeyd edib, onların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.

 

Azərbaycan ordusunun şanlı qələbəsindən və beynəlxalq terrorizmin şəbəkəsini darmadağın etməsindən danışan Elmar Qaçabəyov heç zaman işğalçılığın vətənsevərliyə, vətənpərvərliyə qalib gələ bilməyəcəyini vurğulayıb.

 

Tədbirdə ETMGİ-nin YAP təşkilatının sədri Ədalət Əliyev Qarabağın azadlığı uğrunda illərdir aparılan mübarizədən bəhs edib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə başa çatan Vətən müharibəsindən və şəhidlərin şərəfli ömür və döyüş yolundan danışıb.

 

Sonra çıxış edən ETMGİ-nin elmi katibi, t.ü.f.d., dosent Aynurə İsmayılova şəhidlərin hər zaman bizim fəxr yerimiz, qürür mənbəyimiz olduğunu deyib. O, belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd edib.

 

Mama-ginekoloq Tünzalə Hacıyeva Qarabağın azadlığı uğrunda şəhid olan həkim və tibb işçilərinin peşələrinin öhdəsindən hər zaman ləyaqətlə gəldikləri kimi, heç düşünmədən öz canları bahasına neçə-neçə hərbçilərimizi xilas etmələrindən, çətin müharibə şəraitində böyük məsuliyyət ilə vəzifələrini layiqincə icra etmələrindən söz açıb.

 

Daha sonra İnstitutun rəhbərliyi həkim və tibb heyəti ilə birlikdə II Şəhidlər xiyabanı ziyarət edərək, şəhidlərin məzarları üzərinə qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla anıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb