Ana südünün tərkibində olan yağ turşuları uşağın inkişafı üçün olduqca vacibdir  
04.07.2022 11:20

Ana südü asan həzm olunan və infeksiyalardan qoruyucu xüsusiyyətləri ilə seçilən zülallarla zəngindir. Tərkibində olan dəmir, sink kimi mineralların miqdarı, inək südü ilə müqayisədə daha çoxdur. Ana südündə xüsusi yağ turşuları var ki, onlar uşağın inkişafı üçün olduqca vacibdir. Ana südü uşaq üçün nadir və ideal qidadır.

 

Səhiyyə Nazirliyinin rəsmi "Facebook" səhifəsində bildirilib ki, ana südündə həzmi asan olan doymamış yağ turşularının səviyyəsi yüksəkdir. Bütün zəruri qida maddələrini, vitaminləri və mineralları uşaq ana südü ilə qəbul edir. Buna görə də ananın rasionu kifayət qədər kalorili, rəngarəng, minerallar və vitaminlərlə zəngin olmalıdır. Yaxşı olar ki, qəbul edilən kalori yağsız ət, tərəvəzlər, meyvələr, bütöv dənli çörək, yarmalar və ağartı məhsulları hesabına olsun. Qeyd edək ki, ananın qidalandığı yeməklərin dadı südə tam verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev