Turp təbii müalicə vasitəsidir
04.07.2022 09:28
Turp olduqca sağlıqlı bir qidadır, turpun tərkibi bədənimiz üçün lazım olan bütün vitamin və minerallarla zəngindir. Məsələn turpun tərkibindəki zəngin C vitamini bu soyuq aylarda bizim sağlığımızın qarantıdır. C vitamini immun sistemin yaxşı vəziyyətdə olması üçün çox vacibdir. Turpun tərkibində zəngin sellülüoza vardır. Turp öd istehsalını artırır, ağızda acılıq, öddə qum olanlar üçün turp ən yaxşı vasitədir.
 
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
 
Fitoterapevt bildirib ki, bütün qışı hər gün türp yeyənlər yazda ödünüzü yoxlatdırsa tərtəmiz olduğunu görəcəklər. Turp həm də qaraciyər piylənməsindən əziyyət çəkənlər üçün əsl qidadır, qaraciyərində piylənmə olanlar hər gün yeməklərinizi turpla yeməli və açıq havada bol-bol gəzməlidir. 
 
"Turpun zəngin tərkibi hamilə qadınlar üçün olduqca faydalıdır, nəzərə alsaq ki, hamilə qadınlara vitamin və minerallar daha çox lazımdır onda turp əvəzolunmaz bir nemətdir. Turp həm də hamilə qadınlarda ürəkbulanmanı azaldır, dölün inkişafına çox yaxşı təsir göstərir və uşağın zəkalı olmasına vəsilə olur", - deyən F.Hüseynov əlavə edib ki, buna səbəb turpun tərkibində fosforun olmasıdır. Fosfor beyin toxumasının ən çox ehtiyacı olduğu bir mineraldır.
 
Həkimin sözlərinə gör, turp tənəffüs yolları təmizləyicisidir, öskürəyin bütün növlərində bronxitlərdə olduqca faydalıdır, uzun zaman xroniki bronxitdən əziyyət çəkənlər hər gün turp yeməlidir, turp mükəmməl bəlğəmgətiricidir.
 
Zobdan əziyyət çəkənlər üçün (yod çatışmazlığı) turp yemək əvəzolunmazdır.
 
Turp qanazlığından əziyyət çəkənlər üçün də faydalıdır, çünki turpda bol dəmir mineralı vardır, ürək əzəlisinin vurma gücünü artırır, tərkibində bol kalium və maqnezim vardır.
 
Turpdan çox istifadə edənlər mədə bağırsaq, süd vəzi, uşaqlıq xərçənginə tutulmazlar, bunun səbəbi antioksidant mənbəyi olması ilə bağldır.
 
Turp çox yaxşı iştahgətiricidir, axşamlar yeyildikdə yuxunu dərinləşdirir, əsəb sakitləşdirici bir təsiri vardır, turpun tərkibindəki antioksidantlar dərini gözəlləşdirir, saç tökülməsinin qarşısını alır.
 
Həkim əlavə edib ki, öd daşı olanlar turpu ehtiyyatla istifadə etməlidirlər, ödqovucu olduğundan daşların kanala düşməsinə səbəb ola bilər, amma az-az istifadə etsələr xolesterin mənşəli daşların əriməsinə səbəb olacaqdır. Turpdan şəkər xəstələri də bol-bol istifadə edə bilərlər, turp şəkər xəstəliyində faydalı qidadır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub