TƏBİB kiçik mütəxəssis vəzifəsinə vakant yerlər elan edir
02.07.2022 17:56
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vakant yerlər elan edir.
 
Strateji inkişaf departamentinin İnfeksion nəzarətin təşkili şöbəsinə kiçik mütəxəssis vakansiyası.
 
TƏBİB üçün uyğun namizəd:
 
• Ali təhsil (tibb təhsili olması zəruri deyil);
• İxtisası üzrə ən azı 0-1 il iş təcrübəsi;
• Dil bilikləri (azərbaycan dili sərbəst, türk dili yaxşı, rus dili yaxşı (arzuolunan) və ingilis dili yaxşı (arzuolunan);
• Kompyuter bilikləri - Microsoft Word – yaxşı, Microsoft Excel – yaxşı, Microsoft Powerpoint – yaxşı, Microsoft Outlook – yaxşı;
• Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər – dürüst, intizamlı, punktual, məsuliyyətli, komandada işləmək bacarığının olması;
• Tələb olunan sertifikatlar - Layihələrin idarə olunması üzrə sertifikat/təlim arzuolunandır.
 
Vəzifə öhdəlikləri:
 
• Rəhbərlik tərəfindən aidiyyəti üzrə verilən tapşırıqları vaxtında, dəqiq yerinə yetirmək;
• Daxil olan məktub, ərizələrin araşdırılmasında və müvafiq cavabların hazırlanmasında iştirak etmək;
• Tibb müəssisələrində tətbiq edilən yerli və beynəlxalq standartlar barədə ilkin məlumata sahib olmaq;
• Tabeli müəssisələrdən İnfeksion nəzarət komitələrinin fəaliyyəti üzrə hesabatlarının və statistik məlumatlarının toplanılaraq lazımi hesabatların hazırlanmasında iştirak etmək;
• Təlimatların, qayda, prosedur və s. kimi sənədlərin hazırlanmasında iştirak etmək;
• Qanuna uyğun olaraq məlumat məxfiliyi prinsipinə əməl etmək;
• Fəaliyyəti üzrə ezamiyyə səfərlərini həyata keçirmək;
• İş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etmək;
• TƏBİB-in daxili intizam və etik davranış qaydalarına riayət etmək;
• Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
• Vəzifə təlimatında müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə əlaqədar struktur bölmələri və tabeli qurumlardan zəruri məlumatları tələb etmək və toplamaq;
• İş xüsusiyyətindən asılı olaraq müvafiq məlumatları bölüşmək və əldə etmək.
 
Əlavə məlumatlar:
 
• İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.
 
Müraciət qaydası:
 
• Vakansiyaya son müraciət tarixi: 20.07.2022-ci il;
• CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun (https://bit.ly/3NEBXCG) CV-lərini mövzu yerinə “Strateji inkişaf departamentinin İnfeksion nəzarətin təşkili şöbəsinə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
 
Strateji inkişaf departamentinin Keyfiyyətin idarə edilməsi şöbəsinə kiçik mütəxəssis vakansiyası.
 
TƏBİB üçün uyğun namizəd:
 
• Ali tibbi təhsil (həkim-epidemioloq, həkim-statistik, həkim-gigiyenist);
• İxtisası üzrə ən azı 0-1 il iş təcrübəsi;
• Dil bilikləri (azərbaycan dili sərbəst, türk dili yaxşı, rus dili yaxşı (arzuolunan) və ingilis dili yaxşı (arzuolunan);
• Kompyuter bilikləri - Microsoft Word – orta, Microsoft Excel – orta, Microsoft Powerpoint – orta, Microsoft Outlook – orta;
• Yuxarıda göstərilən ixtisaslarla üzrə təlimlərdə iştirakı arzuolunandır;
• Peşə və ixtisası üzrə geniş nəzəri və praktiki biliyə sahib olması;
• Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq, nəticəyönümlülük,
• Komandada işləmək bacarığı.
 
Vəzifə öhdəlikləri:
 
• Rəhbərlik tərəfindən aidiyyəti üzrə verilən tapşırıqları vaxtında, dəqiq yerinə yetirmək;
• Daxil olan məktub, ərizələrin araşdırılmasında və müvafiq cavabların hazırlanmasında iştirak etmək;
• Tibb müəssisələrində tətbiq edilən yerli və beynəlxalq standartlar barədə ilkin məlumata sahib olmaq;
• Tabeli müəssisələrdən keyfiyyətin idarə edilməsi üzrə hesabatlarının və statistik məlumatlarının toplanılaraq lazımi hesabatların hazırlanmasında iştirak etmək;
• Tibb müəssisələrinin sanitar-epidemioloji norma və qaydalar uyğunluğunun qiymətləndirilmə bacarığı;
• Qanuna uyğun olaraq məlumat məxfiliyi prinsipinə əməl etmək;
• Fəaliyyəti üzrə ezamiyyə səfərlərini həyata keçirmək;
• İş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etmək;
• TƏBİB-in daxili intizam və etik davranış qaydalarına riayət etmək;
• Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
• Vəzifə təlimatında müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə əlaqədar struktur bölmələri və tabeli qurumlardan zəruri məlumatları tələb etmək və toplamaq;
• İş xüsusiyyətindən asılı olaraq müvafiq məlumatları bölüşmək və əldə etmək.
 
Əlavə məlumatlar:
 
• İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.
 
Müraciət qaydası:
 
• Vakansiyaya son müraciət tarixi: 20.07.2022-ci il;
• CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun (https://bit.ly/3NEBXCG) CV-lərini mövzu yerinə “Strateji inkişaf departamentinin Keyfiyyətin idarə edilməsi şöbəsinə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
 
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib