Bir çox xəstəliklərin müalicə və profilaktikasında istifadə edilən KAKAO  
02.07.2022 15:53

Kakaonun vətəni Cənubi Amerikanın subekvatorial regionları olsa da, bu bitki meyvələrinin toxumlarına görə dünyanın hər yerində tanınır. Ondan qənnadı sənayesində əsasən şokolad istehsalında, tibdə isə xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, qədim asteklər kakaonu çox yüksək dəyərləndirir və hətta ondan pul kimi istifadə edirdilər. Məsələn, cavan və güclü qul bazarda 100 ədəd kakao meyvəsinə satılırdı. Maraqlıdır ki, hətta o dövrdə də “belə əsginasları” bəzən saxtalaşdıraraq meyvənin boş qutucuqlarının içinə qum və ya gil doldururdular.

 

Asteklərin hazırladığı kakaolu içkinin müasir isti şokoladla heç bir əlaqəsi yoxdur, onun tərkibinə Çili bibəri və dənli bitkilər əlavə olunaraq, soyuq halda içilirdi. Şəkəri kakaoya ilk dəfə ispanlar əlavə edib. Onlar isti şokolad içkisinin reseptini 100 ilə yaxın müddətdə gizli saxlayıb və digər Avropa ölkələrinə yayılmağa qoymayıblar. Lakin 1606-cı ildə italiyalı Antonio Karlett həmin resepti oğurlayıb və bundan sonra həmin içki bütün dünyada məşhurlaşmağa başlayıb.

 

Kakao ağacı tərkibində “şokolad narkotiki” adlanan anandamid və feniletilamin maddəsi olan nadir bitkilərdəndir. Həmin maddələr orqanizmə antidepressiant və güclü ağrıkəsici təsir göstərir, xoş əhval-ruhiyyə yaradan endorfin və serotonin neyromediatorlarının sintezini artırır.

 

Kakao təbii maqneziumun mənbəyi kimi orqanizmdə sümük toxumasını möhkəmləndirir, stresə qarşı davamlığı artırır və əzələləri boşaldaraq rahatlıq yaradır. Kakao tərkibindəki dəmir sayəsində dəmir çatışmazlığı ilı bağlı anemiyaların müalicəsində və profilaktikasında geniş istifadə edilir. Dəridə regenerasiya proseslərini sürətləndirərək yaraların sağalmasını tezləşdirir, həmçinin tərkibində olan təbii melanin piqmenti dərini günəş şüalarının zərərli təsirindən qoruyur, elastikliyi artırır, qırışların və çatların əmələ gəlməsinin qarşısını alır. Bundan başqa kakao sinir sisteminə tonuslandırıcı təsir göstərir, ürək fəaliyyətini gücləndirir, nəbzi sürətləndirir, damarların daralmasına və arterial təzyiqin artmasına səbəb olur, sidikqovucu effekti verir. Lakin tərkibində olan kofein arterial təzyiqi yüksəltdiyinə görə ürək-damar sistemi xəstəliklərindən, xüsusilə yüksək təzyiqdən əziyyət çəkənlərin ondan istifadəsi məsləhət deyil. Kalsiumun orqanizmə sorulmasını ləngitdiyinə görə hamilə qadınların və körpə uşaqların kakao içməsi, xüsusilə şokolad yeməsi zərərlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub