Risk qrupuna aid edilən şəxslərin 90 faizi artıq peyvənd olunub - Səhiyyə naziri
01.07.2022 13:20

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi uğurla davam edir.

 

Aztibb.az-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev “Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdən sonra jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, risk qrupuna aid edilən şəxslərin demək olar ki, 90 faizi artıq peyvənd vurdurub.

 

"Həmin şəxslər hətta buster dozanı da qəbul ediblər. Sevindirici haldır ki, vətəndaşlarımızın vətəndaşlıq məsuliyyəti yüksək səviyyədədir. Ümumi əhalinin peyvəndlənmə statistikasına gəlincə, bu göstərici təxminən 74 % təşkil edir. Bu da müsbət rəqəmdir. Çünki bu, bizə kütləvi immunitetin tam formalaşmasından danışmağa imkan verir. Təbii ki, koronavirus pandemiyası hər dəfə yeni sürprizlər ortaya çıxarır. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, payız mövsümü üçün lazımi tədbirləri görüb ikinci səviyyəli hazırlıq prosesinə çatmalıyıq. Bu istiqamətdə bütün addımlar atılır. Ümidvaram ki, payız fəslini sıçrayışsız keçsək, pandemiyanın sonu barədə nəsə danışa bilərik. Hələ ki, tezdir", - nazir bildirib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib