Agentlik Şəki və Mingəçevir filiallarına müdir vəzifəsinə vakansiya elan edir
03.07.2022 19:23

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Şəki və Mingəçevir filialları üçün filial müdiri vəzifəsi üzrə vakansiya elan edir.

 

Namizədin görəcəyi işlər:

Müvafiq xəstəxanalarda sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi;
Vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması;
Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması;
Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;
Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında və müəyyən edilmiş qaydada tibbi ekspertiza işinin aparılmasının təmin edilməsi;
Tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı proseslərin avtomatlaşdırılmasına, habelə icbari tibbi sığorta sahəsinin İT infrastrukturunun təkmilləşdirilməsinə dəstək göstərmək;
Heyətə effektiv rəhbərliyin təmin edilməsi;
Filialın səmərəli işinin təmin edilməsi;
Agentliyin İdarə Heyətinə filialın fəaliyyəti, çatışmazlıqlar və s. barədə mütəmadi hesabatın təmin edilməsi.

 

Agentlik üçün uyğun namizəd:

Ali tibb təhsili;
5 ildən az olmayaraq ümumi əmək stajı (dövlət müəssisələrində ən az 2 il rəhbər vəzifəsində iş təcrübəsi);
İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
Ofis proqramları üzrə biliklər;
İntizamlılıq və nəticəyönümlülük;
Ünsiyyət və təşkilatçılıq bacarığı;
Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür.

 

Əlavə məlumatlar:

İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.

 

Müraciət qaydası:

Vakansiyaya son müraciət tarixi: 21.07.2022-ci il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir.

 

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib