“Tibb müəssisələrinin hüquqi təminatının təşkili” mövzusunda praktik təlim təşkil olunub
30.06.2022 17:29
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin hüquqi təminatının həyata keçirilməsinə dəstək göstərilməsi, tibb müəssisələrinin hüquqşünaslarının kadr potensialının inkişaf etdirilməsi istiqamətində “Tibb müəssisələrinin hüquqi təminatının təşkili” mövzusunda praktik təlim təşkil olunub.
 
TƏBİB-in Hüquq departamenti əməkdaşlarının təşkilatçılığı və mentorluğu ilə baş tutan praktik təlimdə dinləyici olaraq Bakı şəhərində və regionlarda yerləşən tabeli müəssisələrdə hüquqşünas vəzifəsində çalışan 60-dan çox əməkdaş iştirak edib.
 
Hüquq departamentinin Məhkəmə və icraat işləri şöbəsinin koordinatoru Mir Hüseyn Həbibli tərəfindən iştirakçılara tibb sahəsi üzrə qanunvericilik aktları, TƏBİB və tibb müəssisələri arasında münasibətlərin hüquqi bazası, tibb müəssisələrinin fəaliyyətinin məqsədi, istiqamətləri və vəzifələri, tibb müəssisələrinin idarəetmə strukturu və əsasları mövzularında təlim keçirilib.
 
Təlimdən sonra iştirakçıların sualları cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib