"Vərəm xəstəliyinin diaqnostikasında yeni metod" mövzusunda seminar keçirilib
30.06.2022 10:22
ATU-nun Tədris Terapevtik Klinikasında "Vərəm xəstəliyinin diaqnostikasında yeni metod" adlı seminar keçirilib.
 
Aztibb.az-ın xəbərinə görə, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev, müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, laboratoriyanın müdiri Dos. Dr. İskəndər Karaltı və həkimlərin iştirakı ilə “Vərəm xəstəliyinin diaqnostikasında yeni metod" mövzusunda seminar keçirilib.
 
Yığıncağı giriş sözü ilə açan klinikanın direktoru, professor Surxay Musayev seminar iştirakçıkarını salamlayaraq klinikanın strukturu, iş prosesi, tədris və müalicə işlərinin təşkili haqqında ətraflı məlumat verib. O, həmçinin seminarın mövzusunun və klinikada keçirilən digər maraqlı mövzulu seminarların əhəmiyyətindən də danışıb.
Daha sonra çıxış edən ATU Tədris Terapevtik Klinikasının laboratoriya müdiri Dos. Dr. İskender Karaltı vərəm xəstəliyi haqqında danışıb. İ.Karaltı dünyada və ölkəmizdə olan vərəm xəstələrinin statistikası və diaqnostik testlər haqqında da iştirakçılara ətraflı məlumat verib.
 
Sonra bioMerieux immunoassay məhsul meneceri Mahsa Mutlu çıxış edib.
 
Seminar iştirakçılarına bioMérieux şirkətinə məxsus yeni test metodu olan TB IGRA testini təqdim edən M.Mutlu vərəm xəstəliyinin diaqnostikasında TB İGRA testinin əhəmiyyəti haqqında geniş məlumat verib.
 
O, qeyd edib ki, vərəm xəstəliyinin diaqnostikasında hazırda Quantiferon TB Gold plus testi ilə müqayisədə TB IGRA testinin həssaslığı daha yüksək olmaqla təqribən 98%-dir ki, bu da xüsusən latent vərəm hallarının aşkarlanmasında digər testlərlə müqayisədə daha effektlidir. Eyni zamanda Quantiferon testi ilə müqayisədə TB IGRA testi tam avtomatik sistem ilə işlənildiyi üçün nəticələr daha qısa müddətdə hazır olur və testin işlənilməsində insan müdaxiləsinə ehtiyac qalmır.
 
Tədbirdə çox yaxın zamanda qabaqcıl ölkələr ilə eyni zamanda Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında TB IGRA testinin icrasına başlanılacağı da qeyd olunub.
 
Seminarın sonunda həkimlərlə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb