Qızılgül çayının FAYDALARI
30.06.2022 10:16

Gül suyu qızılgülün ləçəklərindən hazırlanır. Gül bir çox xəstəliklərin dərmanı olmaqla yanaşı, bir çox yemək və içkilərdə istifadə edilən bitkidir. Xoş qoxusu və təravətləndirici xüsusiyyəti ilə insanların ruhunu oxşayır. Tərkibi A və C vitaminləri, pektin, alma və limon turşuları, antioksidantlar və digər faydalı maddələrlə zəngindir.

 

Aztibb.az tibbi saytlara istinadla bildirir ki, gülün ləçəklərindən əldə edilən gül suyu stresi və bədən gərginliyini minimuma endirir. Tərləməyə qarşı təsirlidir, bədəni toksinlərdən təmizləyir və təravətləndirir. Mütəxəssislər hər zaman gül suyundan bir qaşıq çaya əlavə etməyi tövsiyə edir. Qızılgül çayı bağırsaqları təmizləyir, eyni zamanda ürək bulanmasına qarşı təbii dərman rolunu oynayır.

 

Qarqara etdikdə diş ağrılarını və ağız yaralarını sağaldır. İmmunitet sistemini gücləndirir, yuxu problemlərinə yaxşı təsir edir.

 

Qızılgül suyu bədənimizin ən vacib vitaminlərindən biri olan C vitamini ilə zəngindir. Antioksidant tərkibli olduğundan ağ qan hüceyrələrinin istehsalını stimullaşdırır və oksidləşdirici stresi effektiv şəkildə azaldır.

 

Tərkibində A və E vitaminləri olan qızılgül suyu dəri problemlərini azaltmağa kömək edir. Dərini nəmləndirir, qırışları tədricən azaldır. Antiallergik təsirə malik olan qızılgül suyu allergik nahiyələrə çəkildikdə qıcıqlanmalara və dərini yumşaltmağa kömək edir. Sızanaqlı və ləkəli dəriləri aydın şəkildə təmizləyir. Davamlı istifadə edildikdə cazibədar və gənc görünən yumşaq, hamar və parlaq bir dəri yaradır.

 

Əsəbləri sakitləşdirməyə kömək edir. Stresli vəziyyətlərin öhdəsindən gəlmək və emosional daxili sakitlik üçün bir fincan qızılgül çayı idealdır. Tədqiqatlar göstərir ki, müntəzəm olaraq qızılgül çayı istehlak edənlərin sinir sistemi problemlərindən - yuxusuzluq, xroniki yorğunluq, əsəbilik, depressiya, narahatlıq kimi kompulsif vəziyyətlərdən əziyyətçəkmə ehtimalı azdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub