“Farmakonəzarətin həyata keçirilməsi” mövzusunda tədbir keçirilib
29.06.2022 16:52
Dərman vasitələrinin təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədi ilə Kliniki Tibbi Mərkəzdə “Farmakonəzarətin həyata keçirilməsi” mövzusunda tədbir keçirilib.
 
Tədbirin əsas məqsədi əhalinin sağlamlığı üçün təhlükə kəsb edəcək dərman preparatlarındakı uyğunsuzluqların müəyyən edilməsi, qiymətləndirilməsi, qeydiyyatı və bu barədə aidiyyətı tərəflərin məlumatlandırılması istiqamətində lazımi tədbirlər görməkdir.
 
Tədbirdə Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Farmakonəzarət üzrə məsul şəxs Mədinə Nuri və Mərkəzin tibb heyəti iştirak edib.
 
Farmakonəzarətin KTM üçün əsas strateji hədəflərindən biri olduğunu deyən K.Ələkbərov bildirib ki, hər hansı preparatın farmakoloji effekti istifadə zamanı xəstədə əks təsirlər yaradarsa dərhal bu barədə məlumatlar həkimlər tərəfindən toplanmalı və lazımi prosedurların başlanması üçün aidiyyatı bölməyə yönləndirilməldir: “Bu cür məlumatların toplanması nəticəsində əks təsirlər yaradan, o cümlədən yararsız olduğu öyrənilən dərmanlar zaman-zaman aşkarlanaraq üzə çıxarılacaq və istifadədən kənarlaşdırılacaq. TƏBİB-in təşəbbüsü ilə dövlət tibb müəssisələrində farmakonəzarət sisteminin təşkil edilməsinin də əsas məqsədi məhz dərman preparatlarının farmakoloji effektivliyini daim nəzarətdə saxlamaq və dərman vasitələrinin təhlükəsiz istifadəsini təmin etməkdir. Bu tibbdə keyfiyyət standartlarının tətbiq edilməsi üstünlüklərindən biridir”.
 
Daha sonra KTM-in Farmakonəzarət üzrə məsul şəxsi Mədinə Nuri bu sahədə münasibətləri tənzimləyən qanunvericilik, ümumi tələbələr, müəssisədaxili tələblər, bu istiqamətdə tibb işçilərinin vəzifə öhdəlikləri, dərman vasitələrinin səmərəli və rasional istifadəsi haqqında tibb işçilərini ətraflı məlumatlandırıb.
 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib