Qurğuşun boyaları ilə bağlı normativ sənədlərin hazırlanması və tətbiqinə dair müzakirələr aparılıb
28.06.2022 22:08

27-28 iyun 2022-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST/WHO) və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (BMƏMP/UNEP) təşkilatçılığı ilə Mərkəzi və Şərqi Avropa regionunda qurğuşun boyalarına dair normativ sənədlərin hazırlanması və tətbiqi mövzusunda ekspertlərin regional görüşü keçirilib.

 

Azərbaycan Respublikasını görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev təmsil edib.

 

Tədbirdə Mərkəzi və Şərqi Avropa regionu ölkələrinin hökumət və qeyri-hökumət təşkilatlarının, Ümumdünya Səhiyyə Təşkilatının, UNEP-in və Birləşmiş Millətlər Təşkilatının digər qurumlarının, Qurğuşun boyalarının qadağan edilməsi üzrə Qlobal Alyansın nümayəndələri iştirak ediblər.

 

Görüşdə tərkibində qurğuşun olan boyaların insan sağlamlığına mənfi təsiri ilə bağlı aktual məsələlər, boyalarda qurğuşun miqdarının tənzimlənməsi və ona nəzarət sahəsində region ölkələrinin əldə etdiyi nailiyyətlər, eləcə də bu istiqamətdə atılacaq növbəti zəruri addımlar müzakirə olunub.

 

Azərbaycanda qurğuşun boyalarının tənzimlənməsinin hazırkı vəziyyəti və bu sahədə əldə olunan irəliləyişlər barədə tədbirdə ətraflı məruzə ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev daha sonra dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.

 

Mərkəzi və Şərqi Avropa regionunun müxtəlif ölkələrindən olan görüş iştirakçıları, eləcə də ÜST, UNEP və digər beynəlxalq təşkilatların ekspertləri öz çıxışlarında Azərbaycanın qısa müddətdə qurğuşun boyalarına dair normativ sənədlərin hazırlanmasında əldə etdiyi irəliləyişdən məmnunluq ifadə ediblər, bu məsələdə öz ölkələri üçün Azərbaycanın təcrübəsini yol xəritəsi kimi qəbul etmək istəklərini bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib