TƏBİB nümayəndələri Qırğızıstanda keçirilən tədbirdə iştirak ediblər
28.06.2022 12:21
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri Bişkek şəhərində qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə keçirilən tədbirdə iştirak ediblər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu tərəfindən 21-22 iyun 2022-ci il tarixlərində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində “Qeyri-infeksion xəstəliklər (QİX), qidalanmaya nəzarət və piylənmənin profilaktikası sahəsində siyasətə dair dialoqun təşəbbüsü və QİX-in profilaktikası ilə bağlı tədbirlərin reallaşdırılması üzrə tədqiqatlar” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində ÜST-nin İctimai səhiyyə üzrə mütəxəssisi Elturan İsmayılov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin əməkdaşı Ceyran Abdullayeva, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları, həmçinin Elmi-Tədqiqat Pediatriya İnstitutu, Respublika Endokrinoloji Mərkəz və Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim-endokrinoloqları və b. iştirak ediblər.
Tədbir zamanı Mərkəzi və Qərbi Asiya ölkələrinin QİX-in profilaktikası üzrə icra etdiyi tədbirlər, epidemioloji vəziyyətə regional baxış, müxtəlif ölkələrin bu sahədə olan prioritet istiqamətləri haqqında məlumatlar və təqdimatlar dinlənilib.
Seminar iştirakçıları ətraf mühitin (xüsusi ilə rəqəmsal texnologiyaların) QİX epidemiyasının inkişafına təsiri, QİX risk faktorlarını aradan qaldırmaq üçün səhiyyə sisteminin potensialı, müxtəlif ölkələrin bu sahədə olan siyasətinə dair tövsiyələri müzakirə ediblər.
Konfrans çərçivəsində ilkin səhiyyə xidmətində çalışan həkimlər üçün təlimləri təşkil edəcək “Uşaqlarda artıq çəki və piylənmə ilə mübarizə üzrə” təlimçilərin hazırlığı həyata keçirilib. Azərbaycan, Qırğızıstan və Özbəkistandan olan nümayəndə heyəti tətbiqi tədqiqat ilə bağlı layihələrin həyata keçirilməsi üçün müvafiq maraqlı tərəfləri müəyyən edərək, onları cəlb etməyin mümkün yollarını müzakirə ediblər.
Azərbaycanı təmsil edən nümayəndə heyəti QİX-in profilaktikası üzrə tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər və bu sahədə ÜST-nin Avropa Regional Bürosu ilə əməkdaşlığın təmin edilməsi təşəbbüsü ilə çıxış edərək, həmçinin profilaktik tədbirlərin reallaşdırılması (tətbiqi tədqiqatlar) ilə bağlı layihənin ilkin nümunəsini təqdim ediblər.
Sonda region ölkələrdə keçirilən pilot layihələrin nəticələri analiz olunub və iştirakçı ölkələrin hesabatları dinlənilib.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41

