Azərbaycanlı stomatoloq Kopenhagendə beynəlxalq konfransda iştirak edib  
28.06.2022 10:56

Danimarkanın paytaxtı Kopenhagen şəhərində Avropa Parodontologiya Federasiyasının təşkilatçılığı ilə 10-cu Beynəlxalq parodontologiya konfransı keçirilib. 100-dən çox ölkədən 7200-ə yaxın nümayəndənin iştirak etdiyi konfransda 41 sessiyada 130-dan çox məruzə dinlənilib.

 

Konfransında ölkəmizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli təmsil edib.

 

Aztibb.az-ın məlumatına görə, o, çalışdığı kafedranın İstanbul Altınbaş Universitetinin parodontologiya kafedrası ilə birgə yerinə yetirdiyi “İmplant ətrafı toxumaların iltihabi xəstəliklərinin müalicəsində hialuron turşusu və xlorheksidin tərkibli antiseptik vasitələrin klinik və mikrobioloji qiymətləndirilməsi” adlı tədqiqatın nəticələrini poster müzakirəsi şəklində konfransa təqdim edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib