8 gün komada olan, çoxsaylı tibbi müdaxilələr görən yeniyetmənin vəziyyəti stabildir - Kliniki Tibbi Mərkəz
28.06.2022 11:26
Qusar rayonda piyadanın vurulması nəticəsində ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən və 8 gün komada olan yeniyetmə artıq sağlamlığına qovuşub.
 
Bu barədə Aztibb.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
 
Bildirilib ki, gətirilərkən süni tənəffüs aparatında olan və qəzadan sonra komaya düşən, Mərkəzin üç fərqli şöbəsində çoxsaylı tibbi müdaxilələr görən yeniyetmə üçün hazırda hər hansı həyati təhlükə yoxdur.
 
Qeyd olunub ki, yeniyetmə 10 gündən artıq (onun 8 günü koma vəziyyətində) Mərkəzin Reanimasiya şöbəsində qalıb və müvafiq intensiv prosedurlar həyata keçirildikdən sonra tədricən özünə gəlib. Daha sonra qapalı kəllə-beyin travması, beyinin sol alın payının əzilməsi diaqnozu ilə Neyrocərrahiyə şöbəsinə köçürülüb və orada müalicəsi davam etdirilib. Bunun ardınca isə hər iki almacığın, burunun, o cümlədən çənənin sağ və sol payının çoxsaylı, qəlpəli yerini dəyişmiş sınıqları səbəbindən o, Mərkəzin Üz-çənə şöbəsinə yerləşdirilib. 
 
Hazırda yeniyetmənin vəziyyəti stabildir. Bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılacaq.
 
Yaxınlarının sözlərinə görə, 2010-cu il təvəllüdlü məktəbli 27 may tarixində dərsdən çıxıb, marketə gedərkən yolda maşın vurub. 
 
Yeniyetmənin nənəsi Seçmə Maverdiyeva bildirib ki, hadisədən xəbərləri olan kimi onu Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırdıq. Xəstəxanada nəvəmə ilkin tibbi yardım göstərildi. Vəziyyəti çox ağır olduğu üçün o, təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirildi: "Burada nəvəmi birbaşa Reanimasiya şöbəsinə yerləşdirdilər. Onun vəziyyəti o qədər ağır idi ki, həyatda qalmağına ümidimiz heç yox idi. Amma buradakı həkimlərin sayəsində nəvəm sanki yenidən həyata gəldi. Onların hər birinə “çox sağ ol” deyirəm, nə yaxşı ki, belə həkimlərimiz var. Bütün xərclərimiz icbari tibbi sığorta tərəfindən qarşılandı. Bu qədər xərci qarşılamağa bizim imkanımız yox idi. Bu şəraiti yaradanlara minnətdarıq”.
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib