Anar Kərimov reabilitasiya xidmətləri göstərilən qazilərlə görüşüb  
27.06.2022 09:55

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov nazirliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərlə görüşüb.

 

Nazir müavini reabilitasiya xidmətləri göstərilən qazilərimizi 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfər barədə danışıb. O, həmin müharibədə misilsiz döyüş qabiliyyəti nümayiş etdirən Azərbaycan Ordusunun sonsuz qürur hissi doğurduğunu vurğulayıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, görüşdə dövlət başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketinin artıq 100 min şəxsi əhatə edərək, onlara 190 min xidmət göstərildiyi qeyd olunub. Bildirilib ki, dəstək tədbirlərinin bir istiqaməti olaraq, Vətən müharibəsi əlillərinin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı işləri aparılır.

 

Postmüharibə dövründə Agentliyin reabilitasiya mərkəzlərində artıq 2500 qazi reabilitasiya xidmətləri, 1400-dən çox müharibə əlili 19,3 min reabilitasiya vasitəsi. 44 günlük Vətən müharibəsinin 200 qazisi, ümumən 300 müharibə əlili son nəsil müasir protezlərlə təmin edilib.

 

Qarabağ müharibəsi əlilləri bütün sahələrdə diqqət və qayğı, həmçinin müasir reabilitasiya mərkəzlərində keyfiyyətli bərpa-müalicə xidmətləri ilə əhatə olunduqlarını vurğulayıblar. Müavinət və təqaüdlərinin, pensiyalarının mütəmadi olaraq artırılmasından, məşğulluqlarına göstərilən dəstəkdən razılıqlarını ifadə ediblər.

 

Qazilər göstərilən diqqətə, qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Görüş zamanı onların rəy və təklifləri də dinlənilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib