Keratinlə düzləşdirilmə saçın qırılması və yanmasına şərait yaradır
26.06.2022 10:31

Keratin saçın, dırnaqların və dərinin təməl proteinidir. Uzun müddət fendən, sacdüzləşdirici vasitələrdən istifadə etdikdə saçın kerotin toxumasında və saçı qoruyan üst təbəqədə yanmalar nəticəsində toxumalar zədələnir və belə olduqda saça kerotin müalicəsi tətbiq edilir. Lakin son vaxtlar əksər hallarda kerotindən saçların düzləşdirilməsi məqsədi ilə istifadə olunur.

 

Trixoloq Cəmilə Əsgərovanın sözlərinə görə, saç ustaları kerotindən istifadənin əleyhinə olmasalar da, mütəxəssislər bunu məsləhət görmürlər. Çünki kerotinin tərkibi yüksək faizli peroksiddən ibarətdir. Ona görə də saçın tədricən incəlməsinə, tökülməsinə və zəifləməsinə səbəb olur. 18-19 yaşına kimi saçlara nəinki kerotin, heç boya da sürtmək olmaz. Çünki bu cür vasitələrin hamısı kimyəvi müdaxilə hesab olunur. Saçların düzləşdirilməsi üçün yalnız təbii vasitələrdən istifadə etmək məqbuldur.

 

C. Əsgərova deyib ki, kerotinlə düzləşdirmə saçlara müəyyən müddət gözəl görünüş verir. Lakin kerotinin tərkibində saçlar üçün ziyanlı olan kimyəvi maddələr də var. Məhz kerotinin tərkibində olan formaldehid kanserogen maddə kimi qəbul edilir. Həmçinin onun tətbiqi zamanı lazım olan yüksək dərəcəli istilik saçın qırılmasına və yanmasına şərait yaradır.

 

Həkim qeyd edib ki, kerotin saçları yalnız bir neçə aylığa düzləşdirir. Bununla belə kerotinli maddə ilə qıvırcıq, açıq rəngli və boyanmış saçları düzləşdirmək olmaz. Bu, ciddi fəsadlara səbəb ola bilər. Kerotin edilən saç işığı daha yaxşı əks etdirir. Buna görə də saçlar daha parlaq görünür. İstifadə üçün əsasən həmin maddə ilə eyni tərkibdə olan şampun və kremlər məsləhət görülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev