Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında mühüm məsələlər müzakirə olunub
25.06.2022 15:53

İyunun 24-də Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. 

 

Əvvəlcə institutun direktoru, professor Gülnaz Dadaşova şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb.

 

İclas zamanı ümumilikdə 6 elmi şöbənin hesabatları dinlənilib. Cari məsələlərin müzakirəsi zamanı beynәlxalq vә respublika səviyyəli elmi konfranslar barədə əsaslandırılmış layihələrin hazırlanması müzakirə olunub.

 

Elmi işlərin hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətinin yüksəldilməsi, ölkəmizdə və xaricdə nüfuzlu dövri-elmi jurnallarda çap edilən elmi məqalələrin sayının artırılması və bu sahədə əldə olunan nailiyyətlər diqqətə çatdırılıb.

 

Tədbirdə müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib. Həmçinin irad və təkliflər səsləndirilib, görüləcək işlər və qarşıdakı hədəflərə dair tapşırıqlar verilib.

 

İclasa yekun vuran professor Gülnaz Dadaşova qarşıdan gələn 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Şura üzvlərini təbrik edərək xoş arzularını bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib