Tanınmış şirkət fəaliyyətini dayandırdı - Əməkdaşları COVID-19-a yoluxub
17.09.2020 20:51

Koreya Respublikasının tanınmış avtomobil istehsalçısı “Kia Motors”un iki zavodunun işçiləri arasında COVID-19 infeksiyasına yoluxmalar aşkarlandıqdan sonra həmin müəssisələrin fəaliyyəti dayandırılıb.

Aztibb.az "Yonhap" agentliyinə istinadla xəbər verir ki, fəaliyyəti müvəqqəti dayandırılan zavodlar paytaxt Seulun cənubundakı Kvanqmyon şəhərində yerləşir. Bu iki zavodda ümumilikdə 9 nəfərin və 3 nəfər ailə üzvünün virusa yoluxduğu təsdiqlənib. Müəssisələrin təxminən 6 min işçisinə evdə qalmaq tövsiyə olunub. Müəssisələrin fəaliyyətini bərpa etməsi səhiyyə qurumlarının qərarından asılı olacaq.

Şirkətin açıqlamasında bildirilir ki, həmin zavodlarda “Kia”nın flaqman modeli olan K9, habelə “Stinger” idman avtomobili, “Carnival” minivanları və digər modellər istehsal olunur. Bu iki zavodun illik istehsal gücü 320 min avtomobildir. Şirkət ötən ay istehsalına başladığı tam yenilənmiş “Carnival” modeli üçün 40 min sifariş alıb. Ekspertlər zavodların dayanmasının istehsal planını yerinə yetirməyə mane olacağını güman edirlər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib