Vətən müharibəsi veteranı İsmayıllıda qəzaya düşüb, vəziyyəti sabitdir
24.06.2022 11:55

İsmayıllı rayonunun Heydər Əliyev prospektində Vətən müharibəsi veteranı Oruc Məlikov Nazim oğlu qəzaya düşüb.

 

Belə ki, VAZ-2107 markalı avtomobil VAZ-2106 markalı avtomobillə toqquşub. Nəticədə VAZ-2107-nin sürücüsü 2000-ci il təvəllüdlü Oruc Məlikov Nazim oğlu ağır bədən xəsarətləri alıb.

 

Yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, vəziyyətinin ağır olması və xəstəxanada lazimi tibbi avadanlıqların olmaması səbəbindən Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada əməliyyat olub. Hazırda reanimasiyadadır, vəziyyəti sabitdir.

 

Qeyd edək ki, Oruc Məlikov Prezident İlham Əliyevin sərəncamı ilə "Cəbrayılın azad olunamasına görə" medalı ilə təltif edilib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib