Gündə bir dəfə qidalanmaq təhlükəlidirmi? 
24.06.2022 11:37

ABŞ-ın Kaliforniya ştatındakı Salk Bioloji Tədqiqatlar İnstitutunun klinik tədqiqatçısı və "Nə vaxt yemək lazımdır?" adlı elmi məqalənin müəllifi Emily Manoogian deyir ki, gün ərzində 12 saat qidalanmamaq həzm sisteminin dincəlməsi üçün şərait yaradır.

 

Bəzi ekspertlər, o cümlədən Nyu-York şəhərində yerləşən Kornel Universitetinin İnsan ekologiyası şöbəsinin professoru David Levitski insanlara gündə sadəcə bir dəfə yemək yeməyi tövsiyə edib. Professor D.Levitskinin özü də bunu təcrübədən keçirib. Onun sözlərinə görə, " İctimaiyyətdə qarşımıza çıxan yemək əks olunan şəkillər təhtəlşüurumuza yerləşir və bu səbəbdən çoxlu yemək istəyirik. Yeməklər haqda oxuduğunuz məlumatlar, baxdığınız şəkillər sizi daha çox acdırır”. D.Levitski aclığın çox vaxt psixoloji bir hal olduğunu deyib.

 

Aztibb.az bildirir ki, tarixçi Seren Charrington-Hollins da qədim Romada insanların gündə bir dəfə yemək yediyini qeyd edib.

 

D.Levitski eyni zamanda bu metodu şəkər və qan təzyiqi problemlərindən əziyyət çəkən insanlara tövsiyə etmir.

 

E.Manoogian isə gündə bir dəfə qidalanmağı məsləhət görmür. “Yemək yeməyəndə qanımızdakı qlükoza səviyyəsi arta bilər. Uzun müddət davam edən yüksək qlükoza səviyyəsi isə şəkər xəstəliyinin yaranması üçün şərait yaradır”.

 

Mütəxəssis qan şəkərinin səviyyəsini normada saxlamaq üçün gündə bir dəfədən çox qidalanmağın vacib olduğunu deyib. Onun fikrincə, uzun müddət gündə bir dəfə qidalanmaq orqanizmin ac olduğunu düşünməsinin qarşısını alır və nəhayət yemək zamanı qlükoza səviyyəsi normadan artıq olur. Gündə iki və ya üç dəfə yemək ən optimal variantdır, lakin gecə qidalanmaq ürək-damar xəstələri və şəkər problemindən əziyyət çəkənlər üçün təhlükəlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev