“Buta” klinikasının fəaliyyəti dayandırılıb  
24.06.2022 10:51

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi, 18 ünvanında yerləşən “Buta” klinikasının fəaliyyəti dayandırılıb.

 

Aztibb.az-ın xəbərinə görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən “Buta” klinikasında aparılmış yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

 

Nazirlikdən verilən məlumata görə, klinikada yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su hovuzu inşa edilməyib, obyektin bəzi sahələrində elektrik təchizatı və elektrik qurğuları müvafiq qaydaların tələblərinə uyğun quraşdırılmayıb, elektrik təsərrüfatı və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülməyib, eləcə də obyekt ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin olunmayıb, təxliyə çıxışları tikinti-layihə normalarının tələblərinə uyğun quraşdırılmayıb.

 

Bundan başqa, klinikada yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq, binaya yaxın məsafədə oksigen balonlarının saxlanılmasına yol verilir, yanğına qarşı sistem və qurğular nasaz vəziyyətdədir.

 

Qeyd olunub ki, binanın fasad hissəsində yanğın təhlükəsizliyinə dair uyğunluq sertifikatları təqdim edilmədən alkapon üzlük materiallarından istifadə edilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib