İnsanı qocaldan vərdişlər - ABŞ alimlərinin ARAŞDIRMASI
24.06.2022 10:32

Üz təkcə ruhun güzgüsü deyil, həm də bədənimizin başqalarının insanın bioloji yaşı ilə bağlı fərziyələr irəli sürdüyü əsas nahiyəsidir. Qırışları olmayan hamar bir üz, xüsusilə dəri altında hər hansı bir yağ ehtiyatı varsa, vizual olaraq cavanlaşır. Lakin qırışlar, dərin xətlər və digər yaşa bağlı dəyişikliklərlə ləkələnmiş üz mütləq insanı yaşlı göstərəcək.

 

Aztibb.az medikforum.ru saytına istinadla xəbər verir ki, ABŞ-ın Mayo Klinikasının alimləri qocalmanın zahiri əlamətlərini sürətləndirən bir neçə vərdişi müəyyən ediblər.  Bu vərdişlər dəridə, xüsusilə üz bölgəsində daha dərin qırışların yaranmasına səbəb olur.

 

ABŞ alimlər dərinin daha sürətli qocalmasına və yüksək qan şəkərinə səbəb olan bir neçə vərdişin adını çəkiblər.

 

Bu, ilk növbədə, sağlamlığa çox zərər verən siqaretdir. İkincisi, günəş vannası qəbul etməkdir. Qaralmağa gedən bir çox insanlar bununla zahirən daha sürətli qocaldıqlarını bilmirlər. Belə ki, ultrabənövşəyi şüalanma dəriyə çox mənfi təsir göstərir və qırışların və piqment ləkələrinin yaranmasına səbəb olur. Nəmləndirici kremlərdən imtina etmək də risk faktoru hesab edilir.

 

Sonuncu, lakin ən vacib olan vərdiş isə qidalanmadır. Çox miqdarda karbohidratlar və doymuş yağlar da şəkərli içkilər kimi sürətli xarici yaşlanmaya səbəb olur. Bu baxımdan ən yaxşı seçim evdə su və ya şəkər əlavə edilmədən hazırlanan şirələrdir. Təbii ki, spirt və onun bütün növləri də sürətli qocalmaya gətirib çıxarır. Tez qocalmada genetika da vacib rol oynasa da, bunun qarşısını almaq mümkün deyil.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev