Yeni nəsil antibiotiklərə ehtiyac var - ÜST
23.06.2022 17:01

Yeni antibakterial preparatların tədqiqat tempi onlara qarşı artan müqavimətlə ayaqlaşa bilmir.

 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) illik məruzəsində deyilir.

 

Antibiotiklər və digər antimikrob preparatlar həm insanlar, həm də heyvanlar arasında yoluxma və ölüm hallarının səviyyəsinin azaldılmasında çox mühüm rol oynayır. Lakin, bakteriyalar, viruslar, göbələklər və parazitlər tədricən mutasiyaya uğradıqca, bu preparatlara qarşı davamlı olan mikroorqanizmlərin yeni ştamları yaranır, bu da müalicəni çətinləşdirir və xəstəliyin ağır keçməsi və ölüm riskini artırır.

 

Bu gün antibiotiklərə qarşı müqavimət təcili həll edilməli olan qlobal problemə çevrilir.

 

Son onilliklərdə bazarda peyda olunan yeni antibiotiklər və digər mikrob əleyhinə dərmanların demək olar ki, hamısı əvvəllər kəşf edilmiş preparatların növləridir. Onların çoxu bu gün işləmir. Belə ki, 2017-ci ildən indiyədək cəmi 12 antibiotik təsdiq edilib, onlardan 10-u antimikrob müqaviməti olan mövcud siniflərə aiddir.

 

Nəticədə milyonlarla insan bakteriyalar, parazitlər, viruslar və göbələklərin törətdiyi yoluxucu xəstəliklərdən həyatını itirir.

 

ÜST-nin 2021-ci il hesabatında antibakterial preparatların klinik və preklinik tədqiqatları "durğun" və qlobal ehtiyaclara cavab verməkdən uzaq olan kimi təsvir edilir.

 

"Antibakterial müalicə üsullarının kəşfində ciddi boşluq var, yenilikçi müalicə üsullarının kəşfində isə daha böyük boşluq var", - deyə ÜST baş direktorunun köməkçisi Hanan Balhi bildirib. "Bu, antimikrob preparatlara qarşı artan müqavimətin aradan qaldırılması üçün ciddi problemdir və hər birimizi bakterial infeksiyalara, o cümlədən ən sadə infeksiyalara qarşı daha həssas edir".

 

ÜST-nin məlumatına görə, 2017-ci ildəki 31 preparatla müqayisədə 2021-ci ildə prioritet xəstəliklərin törədicilərinə qarşı klinik tədqiqatda yalnız 27 yeni antibiotik olub. Klinik sınaqlar başlamazdan əvvəl - son 3 il ərzində preparatların sayı nisbətən sabit qalıb.

 

Yeni preparatların araşdırılması üçün maneələrə uzunmüddətli təsdiqləmə prosesi, yüksək dəyər və aşağı müvəffəqiyyət göstəriciləri daxildir. Hazırda antibiotiklərin kliniki mərhələyə qədər araşdırılması təxminən 10-15 il çəkir. Orta hesabla, sınaq mərhələsində olan hər 15 preparatdan yalnız biri xəstələrə çatır. Yeni sinif antibiotiklərə gəlincə, - 30 namizəddən yalnız biri təsdiqlənir.

 

Klinik tədqiqatda olan prioritet xəstəliklərin törədiciləri ilə mübarizə üçün nəzərdə tutulan 27 antibiotikdən yalnız altısı ÜST-nin innovasiya meyarlarından ən azı birinə cavab verir. Orta hesabla, əksər yeni preparatlara qarşı müqavimət bazara çıxandan 2-3 il sonra qeydə alınır.

 

ÜST qeyd edir ki, COVID-19 pandemiyası da tərəqqiyə mane oldu, klinik sınaqları gecikdirdi və investorların diqqətini yayındırdı. Antibiotiklər sahəsində innovasiyaların çoxu klinik tədqiqatı maliyyələşdirmək üçün çətinliklə vəsait tapan kiçik və orta şirkətlərə təsadüf edir. Buna görə də, ÜST hesab edir ki, bu gün yeni nəsil antibiotiklərin tədqiqi və inkişafı üçün təcili və razılaşdırılmış investisiyalara ehtiyac var.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim