Nefroloq: Sidiktutma böyrəkləriniz üçün təhlükəlidir 
23.06.2022 11:09

Sidiktutma probleminə daha çox qadınlarda rast gəlinir. Böyrəklərinizə qarşı edilən xətalı vərdişlərdən biri sidiyə çıxmağı gecikdirməkdir. Sidik  kisənizi sidiklə dolu uzun müddət saxladığınızda, bu vəziyyət sidik kanallarına müxtəlif mənfi təsirlər göstərir.

 

Aztibb.az xəbər verir ki, bu barədə nefroloq Barat Yusubov məlumat verib.



Həkim uzun müddət sidiyi saxlamağın böyrəklərə zərərlərindən danışıb:

1) ilk zamanlarda sidiyə çıxmaqda çətinlik, infeksiyaların yaranması;
2) daha çox vaxt keçdikdə isə sidik kisəsi əzələlərində zədələnmə və zəiflik, sidiyə çıxmanı kontrol edə bilməmək kimi problemlər meydana çıxır.

 

"Bir az uzun vaxt keçdikdə isə bu, hidronefroz, yəni sidiyin böyrəklərə davamlı olan təzyiq göstərməsi nəticəsində yarana bilən böyrək çatışmazlığına yol açır. Hətta bu vəziyyət dializ ehtiyacı ilə sonlana bilər", - deyə nefroloq qeyd edib. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev