Albalı və gilas orqanizmin xərçəngə qarşı müdafiəsini gücləndirir
22.06.2022 11:40

Albalı və gilasda olan maddələr açıq antioksidant təsirə malikdir - başqa sözlə, onlar iltihabi proseslərə təsir etməyə qadirdirlər. Bu giləmeyvələrin orqanizmə xərçəng əleyhinə təsiri məhz bununla təmin edilir. 

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, bu barədə Samara Elmi-Tədqiqat Diyetologiya və Pəhriz Terapiya İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Ginzburq bildirib.

 

"Orta nisbətdə təzə albalı və gilasın qəbulu orqanizmi onkoloji xəstəliklərə səbəb ola biləcək iltihabi proseslərin inkişafından qoruyur", - deyə doktor Ginzburq söyləyib.

 

Alim həmçinin albalı və gilas istehlakının nevroloji sağlamlığa müsbət təsir etdiyinə, yuxuyagetmə, narahatlıq kimi mövcud problemlərin həllinə kömək etdiyinə də hər kəsin diqqətini çəkib.

 

"Albalı və gilasda stresi aradan qaldırmağa və yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edən çox miqdarda vitamin və qida maddələri var", - deyə diyetoloq qeyd edib.

 

Ekspert əlavə edib ki, bəzi aparılan tədqiqatlar albalı şirəsinin təbii yuxu gətirici kimi faydasını təsdiqləyib. Tərkibindəki triptofan amin turşusu sayəsində onun qəbulu yuxu hormonu olan melatoninin səviyyəsini artırmağa kömək edir.

 

Bütün bunlardan savayı, həm albalı, həm də gilasda yüksək miqdarda B qrupu vitaminləri, maqnezium var - bu keyfiyyət onları narahatlığın, psixo-emosional gərginliyin azalması üçün faydalı edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev