Oynaqlarda yaranan ağrıları aradan qaldıran mükəmməl iltihabəleyhinə vasitə - Ekspert MƏSLƏHƏTİ
21.06.2022 16:52

Gündəlik istifadə etdiyimiz qidalar oynaqların vəziyyətində böyük rol oynayır. Müxtəlif məhsullar bu problemi daha da dərinləşdirmək və ya problemin simptomlarını yaxşılaşdırmaq imkanına malikdir.

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, bu barədə fitnes üzrə ekspert Nataliya Komova məlumat verib.

 

O, yağlı balıq ilə qidalanmanı oynaqlarda yaranan ağrılardan xilas olmaq üçün mükəmməl vasitə hesab edir.

 

N.Komova bildirib ki, qidalanmada qızılbalıq, siyənək, sardina, skumbriya, ançous kimi balığın tərkibindəki faydalı yağlardan geniş istifadə olunması artritin oynaqlarda iltihab və ağrı kimi simptomların azalmasına gətirib çıxarır.

 

Ekspertin sözlərinə görə, qeyd olunan balıq növləri güclü iltihabəleyhinə xüsusiyyətlərə malik omeqa-3 faydalı yağları ilə zəngindir.  Bir sıra tədqiqatlar göstərib ki, kifayət qədər  omeqa-3 istifadə edən insanlar iki iltihabi zülalın daha aşağı səviyyəsinə malikdirlər: C reaktiv zülal  və interleykin-6. Qanda bu iltihabi markerlərin artımı artriti olan insanlar tərəfindən hiss edilən simptomların pisləşməsinə səbəb olan amillərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub