Diabetlilər dar ayaqqabı geyinərsə... - DİQQƏT!
21.06.2022 12:19
"Heç kimə sirr deyil ki, diabetli xəstələrin düzgün ayaq və dəri baxımı çox vacibdir. Xüsusilə də yay fəslində, ayaqlar daha çox travmalara və infeksiyalara məruz qalır. Yayda belə xəstələrə qətiyyən dar və barmaqarası çəkələk geyinmək olmaz".
 
Aztibb.az xəbər verir ki, həkim endokrinoloq Fərhad Burzu şəkərli diabet xəstələrinə vacib tövsiyələr verərəkən belə deyib. 
 
Həkimin sözlərinə görə, ayaqda ola biləcək kiçik cızıq belə, çox uzun müddətdə sağalmayan bir diabetik yaraya, sonra isə amputasiyaya yol aça bilər:
 
"Kiçik yaralara fikir verməyən bəzi pasiyentlərdə sonradan çox ciddi ağırlaşmaların olduğunu görmüşük. Bu səbəbdən qumda, daşlıqda və ya dənizdə ayaqyalın gəzməyin, ayaq gigiyenasına yayda ikiqat diqqət edin".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev