Günəş kremlərindən necə istifadə edilməlidir? - ƏN VACİB SUALLARA CAVAB
21.06.2022 12:00

Havalar isinəndə, günəş şüaları ətrafa yayılanda xanımların əksəriyyəti günəşdən qoruyucu kremlərdən istifadə etməyə başlayır. Zərərli ultrabənövşəyi şüalardan qorunaraq günəşdən düzgün formada faydalanmaq əhəmiyyətlidir. Lakin bu zaman bəzən ciddi səhvlərə yol verilir. Bəs günəşdən qoruyucu kremləri necə istifadə etmək lazımdır? 

 

Aztibb.az-ın xəbərinə görə, həkim pediatr Tərlan Əyyubov bu və ya digər aktual sualları cavablandırıb. 

 

Hansı günəş kremindən istifadə etməli?
 
Uşaqlarda dərinin UVA və UVB şüalarına qarşı müdafiəsi üçün SPF-50 kremlərdən, xüsusilə də suya davamlı formalardan istifadə etmək məsləhətdir.
 
Kimlər tətbiq edə bilər?
 
Həm böyük, həm də uşaqlar. Dərinin yaşla bağlı xüsusiyyətlərinə görə, 3 yaşadək uşaqların həmişə kölgədə olması məsləhətdir, çünki onların dərisində olan melanositlər lazımi qədər melanin sintez edə bilmir və buna görə də dərini lazımi qədər qorumur.
 
Nə zaman tətbiq edilməli?
 
Dənizdə çimdikdən, qurulandıqdan, tərlədikdən sonra. Kremi hər 2 saatdan bir sürtmək lazımdır. Günə çıxmazdan 15 dəqiqə əvvəl sürtülməlidir.
 
Suda və ya buludlu havada istifadə etmək olar?
 
Suda da qoruyucu vasitə lazımdır. Su ultrabənövşəyi şüaların intensivliyini artırır. UVB-nin 50%, UVA-nın 80%-i suyun səthindən 50 sm dərinə keçə bilir. Ultrabənövşəyi şüalar buludları dəf edirlər, buna görə də buludlu havada da dəri yanması ola bilər.
 
Hansı nahiyələrə tətbiq edilməlidir?
 
Bədənin bütün açıq hissələrinə. Qulaqları, boyunun bütün səthlərini, ayaqları yaddan çıxarmaq olmaz. Göz ətrafına vurmaq məsləhət deyil. Gözə düşərsə, tez bir zamanda yumaq lazımdır. Kremi ikiqat sürtmək hər zaman daha effektivdir.
 
Müxtəlif kremləri eyni vaxtda tətbiq etmək olar?
 
Yadda saxlamaq lazımdır ki, günəş əleyhinə krem ən sonda tətbiq edilməldir.
 
1 il əvvəlki krem istifadə edilə bilər?
 
Xeyr. Bu kremlərin tərkibindəki kimyəvi filtrlər dayanıqlı olmadığı üçün köhnələrdən istifadə məsləhət deyil. Bundan başqa kremi günəş altında saxlamaq məsləhət deyil.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev