Koronavirusa yoluxmuş xəstə 4 aydan sonra komadan ayıldı - Türkiyədə
17.09.2020 14:29

Türkiyədə koronavirusa yoluxan ilk xəstələrdən biri olan 73 yaşlı vətəndaş Oğuz Peker 4 ay komada qaldıqdan sonra ayılıb.

 

“Hürriyet” xəbər verir ki, 23 martda xəstələnən Oğuz Peker 4 ay sonra özünə gəldikdə, “Yol qəzası etmişəm? Niyə hamı maskalıdır?”, - deyə soruşub. Hər kəsin maska taxdığı tamamilə fərqli bir dünyaya oyanan Peker pandemiya səbəbindən baş verənləri anlamaqda çətinlik çəkdiyini bildirib.

 

Belə ki, Türkiyədə koronavirusla bağlı ilk rəsmi açıqlama 11 martda verilib. Ertəsi gün isə sözügedən şəxsin sağlamlıq vəziyyəti pisləşməyə başlayıb. İlk günlərdə halsızlıq və davamlı yatmaq istəyi hiss edən Peker daha sonra səsinin boğulmağa başlaması və ümumi vəziyyətinin daha da pisləşməsi ilə xəstəxanaya yerləşdirilib.

 

23 martda özəl xəstəxanaya aparılan O.Pekerin ağciyərində buzlu şüşənin aşkarlanması ilə ona koronavirus diaqnozu qoyulub. Xəstəxanaya yerləşdirildikdən iki gün sonra o, komaya girib və 125 gün fasiləsiz reanimasiyada müalicə alıb.

 

11 avqustda reanimasiyadan çıxdıqdan sonra Peker özünü yenidən dünyaya gəlmiş kimi hiss etdiyini, gözlərini tamamilə fərqli bir dünyaya açdığına təəccübləndiyini və beynindəki bir çox sual ilə yeni dövrü anlamağa çalışdığını bildirib. İlk dəfə özünə gələndə “Yol qəzası etmişəm, mənə nə olub? Niyə hamı maskalıdır?”, - deyə soruşan Peker bütün bunların koronavirus infeksiyası ilə əlaqəli olduğunu eşidəndə inanmadığını söyləyib.

 

Təxminən 5.5 aydan sonra evə buraxılan Oğuz Peker həkimlərə göstərdikləri qayğıya görə təşəkkür edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib