Azərbaycana meymunçiçəyi ilə bağlı minlərlə test gətirilməsi nəzərdə tutulub - Hande Harmancı
20.06.2022 14:43

Meymunçiçəyinin diaqnostikası üçün Azərbaycana minlərlə test gətirilməsi nəzərdə tutulub.

 

Aztibb.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

 

H.Harmancının sözlərinə görə, xəstəliyin diaqnozu üçün testlərin alınması məqsədilə Azərbaycan hökuməti Ümumdünya Səhiyyə Təşkilatına müraciət edib: "Xəstəliyin bir neçə müxtəlif tipi var. Onların hansının gəlmə ehtimalının yüksək olması araşdırılır. Səhiyyə Nazirliyi və TƏBİB-lə əməkdaşlıq edirik. Qısa müddət ərzində testlər gətiriləcək. Azərbaycana meymunçiçəyinin diaqnostikası üçün minlərlə test gətirilməsi nəzərdə tutulub. Hazırda ölkədə önəmli bir təhlükə yoxdur.

 

Bütün əhalinin həmin xəstəliyə qarşı peyvənd olunması müzakirə mövzusu deyil. Tədqiqatlar aparılır. Yüksək risk qruplarını təmsil edən insanların peyvəndlənməsi ola bilər. Hər kəsə peyvənd vurulmasına gərək və ehtiyac yoxdur".

 

H.Harmancı bildirib ki, meymunçiçəyi COVID-19 kimi təlaşlandıran bir xəstəlik deyil:


"Fərqli şəkillərdə yoluxduğu üçün insandan-insana çətinliklə keçir. Çox təlaşa düşməmək lazımdır. Lakin həmin xəstəliyi də müşahidə altında saxlamalıyıq", - ÜST rəsmisi deyib.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub