ÜST: 42 ölkədə meymunçiçəyinə 2 mindən çox yoluxma halı qeydə alınıb
18.06.2022 17:32

2022-ci ildə Ümumdünya Səhiyyə Təşkilatına dünyanın 42 ölkəsindən meymunçiçəyinə laboratoriyada təsdiqlənən 2 min 103 yoluxma halı və bir ölüm faktı barədə məlumat daxil olub.


Aztibb.az xəbər verir ki, bu barədə məlumat təşkilatın Cenevrədə dərc olunan həftəlik informasiya bülletenində yer alıb. Məlumata görə, yoluxma hallarının mütləq əksəriyyəti – 98 faizi may ayının əvvəlindən bu yana olan dövrü əhatə edən zaman kəsiyinə aiddir.


ÜST-nin hazırkı bülletenində dünyada yoluxma hallarının ümumi statistikası dərc olunub. Əvvəllər bu barədə məlumatlar meymunçiçəyi xəstəliyinin endemik olduğu və olmadığı ölkələr üçün ayrı-ayrılıqda tərtib edilirdi.

 

Meymunçiçəyinə ən çox yoluxma halı Böyük Britaniyada qeydə alınıb – 524 nəfər. İlk beşliyə, həmçinin İspaniya (313 nəfər), Almaniya (263 nəfər), Portuqaliya (241nəfər) və Kanada (159 nəfər) daxildir. Onların ardınca Fransa (125 nəfər), Niderland (80 nəfər), ABŞ (72 nəfər), İtaliya (68 nəfər) və Belçika (52 nəfər) gəlir. Digər ölkələrdə isə yoluxma hallarının sayı 50 nəfəri keçmir. Meymunçiçəyindən yeganə ölüm halı Nigeriyada baş verib.

 

Ekspertlərin fikrincə, hazırkı yoluxma dalğasına qədər meymunçiçəyi virusu bir müddət gizli dövr edib. Onlar virusun 2017-ci ildən bu yana gizli yayıldığını istisna etmirlər.

 

Adətən Afrikada rast gəlinən meymunçiçəyi infeksiyası hazırda Avropa və Şimali Amerika ölkələrində də müşahidə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır