DGK Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının nümayəndələri I Beynəlxalq Tibbi Forumunda iştirak edirlər
18.06.2022 14:48

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, t.ü.f.d. Aynur Səfiyeva, mama-ginekoloq, t.ü.f.d. Mehriban Əmirova və patomorfoloq Müqabil Şıxəliyev 18-21 iyun 2022-ci il tarixlərində Naxçıvanda I Beynəlxalq Tibbi Forumda iştirak edirlər.

 

Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Endoskopik-Laporoskopik Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən forum ölkəmizin tarixində miqyası və əhatə dairəsi baxımından təşkil olunan ilk tibbi forumdur.

 

Forumun işinə dünyanın 8 ölkəsindən 10 rektor, 20-dən artıq tibbi cəmiyyət və dərnək, 350-dən çox səhiyyə işçisi qoşulub.

 

Tədbirdə qastroenterologiya, invaziv endoskopiya, cərrahiyyə, ginekologiya, qaraciyər transplantologiyası, endokrinologiya və digər sahələr üzrə bir çox xəstəliklərin erkən diaqnostikasında və müalicəsində, o cümlədən laparoskopik, endoskopik və robotik cərrahiyyədə ən son yenilikər müzakirə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib