Tibb İşçilərinin Peşə Bayramı Günü Binəqədidə də qeyd edilib
18.06.2022 09:41

YAP Binəqədi rayon təşkilatının M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi 3 ünvanlı ərazi partiya təşkilatında 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

 

Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, TƏBİB-in Tibbi fəailiyyətinin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin direktoru Əsədulla Sultanov, Binəqədi rayonunda fəaliyyət göstərən tibb işçiləri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin direktoru Əsədulla Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısından, paytaxtla yanaşı bölgələrdə də səhiyyənin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən islahatlardan danışıb.

 

TƏBİB-in Tibbi fəailiyyətinin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli çıxışında qeyd edib ki, tibb müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması, tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılması, Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində təxirəsalınmaz tədbirlər görülür və yeni imkanlar yaradılır.

 

Tədbirə yekun vuran YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bütün sahələrdə müşahidə olunan nailiyyətlərin səhiyyə sahəsindən də yan keçmədiyini vurğulayıb. Yeni Azərbaycan Partiyasının üzvlüyündə səhiyyə işçilərinin fəal təmsilçiliyindən bəhs edərək, bütün tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edib.

 

Sonda fəaliyyətində fərqlənən bir qrup tibb işçisinə Təşəkkürnamə və hədiyyələr təqdim edildi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib